Müctəba Xamenei ilk beynəlxalq görüşünü Putinlə keçirəcək? – Rusiyadan iddialara CAVAB

media-hightechnic-468x90

İranın ali dini lideri Müctəba Xameneinin ilk beynəlxalq telefon danışığını Rusiya Prezidenti Vladimir Putinlə aparacağı ilə bağlı iddialara Rusiyadan cavab gəlib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən sözügedən iddialara münasibət bildirib.

Peskov açıqlamasında belə deyib: “Bununla bağlı xüsusi bir hazırlıq aparılmayıb. Hazırda konkret bir şey deyə bilmərəm. Lakin Putin bu cür təmaslara açıqdır”.

Bir neçə gün əvvəl İranın yeni ali lideri Müctəba Xameneinin vəzifəyə gəldikdən sonra ilk rəsmi beynəlxalq təmasını Rusiya Prezidenti Vladimir Putinlə quracağı iddia edilmişdi. Rusiya mətbuatının məlumatına görə, təhlükəsizlik protokolları səbəbindən mediadan uzaq duran ali liderin ölkədəki vəziyyət sabitləşənə qədər bu mövqeyini qoruyacağı bildirilmişdi.

Mənbələrdən biri diplomatik üstünlüklər barədə danışarkən qeyd etmişdi: “Rusiya bizim üçün son dərəcə yaxın ölkədir, cənab Putin isə İslam Respublikasının yaxın dostudur. Bu baxımdan ali liderin ilk telefon danışığını və ilk üzbəüz görüşünü böyük ehtimalla Prezident Putinlə keçirməsi nəzərdə tutulur”.

Məsimə

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05