Elza Seyidcahan: “Vaxtilə səhnəyə çılpaq çıxanlar sonradan…”

media-hightechnic-468x90

“Avropalı müğənnilər vaxtilə səhnəyə çılpaq çıxırdılar, indi mənim kimi ekstravaqant geyimə keçiblər”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, bəstəkar Elza Seyidcahan “Qonaqcanlı” verilişində deyib.

O, geyim tərzinin hətta Avropa müğənniləri tərəfindən təkrarlandığını bildirib:

“Mənə deyirlər ki, bu qədər paltarları nə edirsən, çıxart evdən, ver kiməsə. Axı mən o paltarları bu gün də geyinməsəm, nə vaxtsa lazım olacaq. Mənim geyim tərzimi təkrarlayırlar və bunu görəndə sevinirəm. Nəinki Azərbaycan, Avropa təkrarlayır. Vaxtilə məni qəbul etmirdilər, gördülər ki, Avropa məni təkrarlayır, başladılar məni qəbul etməyə.

Avropalı müğənnilər vaxtilə səhnəyə çılpaq çıxırdılar, indi mənim kimi ekstravaqant geyimə keçiblər. 20-30 il öncə avropalı müğənnilərin geyiminə baxın, bir də Elzanın geyiminə. Yeni dəb yaradanda məni həvəsdən salmağa çalışırdılar, amma illər keçəndən sonra məni təkrarladılar”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05