DEPUTATDAN DÖVLƏT TURİZM AGENTLİYİNƏ: "Süni maneələr var, Agentlik inam yaratmalıdır"

media-hightechnic-468x90

Azərbaycana gələn turistlərin sayında xeyli azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 183 ölkədən 1,948,000 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 faizə yaxın azalma təşkil edir.

media-1702828379_fazil_mustafa

Məsələ ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, bu sahədə fəaliyyət göstərən sahibkarlarda inam yaradılmalıdır:

“İş adamlarının bu sahəyə cəlb edilməsi vacibdir. Onların real vəziyyəti müzakirə edilməlidir. Sözügedən şəxslərin turizm sahəsinə təşviq olunmasının yollarını tapmaq lazımdır. Dövlət Turizm Agentliyi hansısa şəkildə sahibkarlarda inam yaratmalıdır. Burada digər qurumlar da maraqlı olmalıdır”.

Deputat vurğulayıb ki, əsas problemlərdən biri də iş adamlarına imtiyazların verilməməsidir:

“Quru sərhədlərinin bağlı olması ilə yanaşı, ölkədə iş adamlarına hüquqi imkanların tanınmaması da müəyyən çəkinliklər yaradır. Bir çox məqamlar turizmin inkişafına mənfi təsir edir. Turist axınının azalması bizi dərindən düşünməyə məcbur etməlidir. Sayın artması yerli əhalinin gəlir səviyyəsinin yüksəlməsinə də kömək edər. Təbii ki, burada süni maneələrin olması da istisna deyil. Hər bir halda, məsələ ciddi müzakirə edilsə, boşluqlar daha tez görünəcək və qərarlar asanlıqla qəbul olunacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa