Deputatdan molla rejiminə SƏRT SÖZLƏR: "İran bundan dərs çıxarmalıdır"

media-hightechnic-468x90

“Azərbaycana qarşı bu cür nankor əməl və hərəkət bir daha İran rejiminin əsl simasını göstərir”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu İranın Naxçıvana dron hücumu ilə bağlı deputat Mübariz Qurbanlı deyib.

Deputat bildirib ki, Azərbaycanın səmimi münasibətlərinin müqabilində ərazimizə PUA hücumu təşkil olunub:

“Özü də dörd PUA ilə hücum həyata keçirmək və məktəbi hədəf almaq qəbulolunmazdır. Xoşbəxtlikdən həmin PUA məktəbə düşməyib, əks halda, böyük bir faciə baş verə bilərdi. Belə bir hədəfi seçənlər, deməli, nankordur. Doğrudan da, bundan daha nankor bir hərəkət ola bilərmi? Azərbaycanın atdığı addımların müqabilində sən Azərbaycana hücum təşkil edirsən.

Bildiyiniz kimi, Azərbaycan hətta İrana humanitar yardım göndərməyi də nəzərdə tutmuşdu. Eyni zamanda, prezident qeyd etdi ki, Livanla bağlı onların müraciəti əsasında Azərbaycan müvafiq addımlar atmalı idi və onların oradakı səfirlik vasitəsilə təxliyə olunması ilə bağlı tapşırıq verilmişdi. Yəni Azərbaycana qarşı bu cür nankor əməl və hərəkət bir daha İran rejiminin əsl simasını göstərir. Artıq maska atılmışdır. Maskasını ataraq Azərbaycana qarşı bu cür təcavüzkar hərəkətə yol verilmiş, Azərbaycana qarşı terror aktına, terror əməlini təşviq edən addımlar atılmışdır.

Ona görə də Azərbaycan tərəfinin atdığı addımlar tam əsaslıdır. Xüsusilə Sərhəd Qoşunlarına müvafiq tapşırıqlar verilib, Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb, eyni zamanda, yük maşınlarının gediş-gəlişi də dayandırılıb. Bütün bunlar Azərbaycan tərəfindən haqlı olaraq atılmış addımlardır və Azərbaycanın təhlükəsizliyinə, suverenliyinə təhdid yaradanlara verilən cavabdır. Bu cavablardan isə nəticə çıxarılmalıdır”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05