Deputatlarımız Özbəkistanda Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov və Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Özbəkistana səfər çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

media-banner_tkm

Millət vəkilləri mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara burada fəaliyyət göstərən muzey ekspozisiyaları, müxtəlif tədris proqramları, yaradıcılıq dərnəkləri və həyata keçirilən mədəni layihələr barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində mərkəzin mədəni, elmi və humanitar sahələrdə gördüyü işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, Özbəkistanda Azərbaycan mədəniyyətinin yaşadılması və təbliği baxımından bu cür mərkəzlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Nümayəndə heyəti Özbəkistanda Azərbaycan ruhunun hiss olunmasının qürurverici olduğunu vurğulayıb. Bildirilib ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05