!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatların əmək pensiyasına əlavələr yeni qaydada hesablanacaq

!Reklam – Yazi

Azərbaycan Milli Məclisinin və Naxçıvan Ali Məclisinin fəaliyyətdə olan deputatlarının pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanacaq.

Yenicag.az xəbər verir ki, bununla bağlı məsələ “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Dəyişikliklə, bu, Milli Məclis sədrinin, onun birinci müavinin və digər müavinlərinin, komissiya sədrinin və komissiya sədrinin müavininin əmək pensiyasının hesblanmasında da şamil edilir. Bu dəyişiklik, Naxçıvan Ali Məclisinin sədrinin, müavinlərinin əmək pensiyasının hesablanmasına da şamil olunacaq.

Qeyd edək ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisnadır.

Qanun layihəsi qəbul olunduğu təqdirdə, 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv