!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlığa namizəd təşviqat zamanı media ilə əməkdaşlıq edəcək

!Reklam – Yazi

“Sosial şəbəkələr təbliğat üçün kifayət qədər istifadə olunan vasitədir”.

Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçvisəində namizədlərin ödənişli media imkanlarından nə qədər yararlanacağı barədə fikirlərini səsləndirən 59 saylı Quba seçki dairəsindən namizədliyini irəli sürən Əlabbas Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, ümumilikdə təbliğat kampaniyası bir neçə istiqamətdə aparılır.

“Buraya seçki plakatlarının yapışdırılması, namizədlərin bülletenlərinin evlərə paylanılması və seçicilər ilə birbaşa görüşlər, ən mühümü isə media ilə sıx əməkdaşlıq daxildir. Həmçinin sosial medianın da imkanlarından yararlanmaq vacibdir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, media ilə əməkdaşlıq namizədin maddi imkanlarından asılı olan məsələdir.

“Çünki media Mərkəzi Seçki Komissiyasının seçki məcəlləsinin tələblərindən irəli gələrək, namizədlərlə birbaşa müqavilə əsasında işləyir. Bu isə hər bir namizədin seçki fondunun ayıracağı maliyyədən asılıdır.

Xüsusilə nəzərə almaq lazımdır ki, sosial şəbəkələr təbliğat üçün kifayət qədər istifadə olunan vasitədir. Təbliğat bu gün başlasa da, artıq sosial şəbəkə istifadəçiləri arasında aktivlik var”, – deyə namizəd bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv