!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərmanların qiymətinin endirilməsi ilə bağlı TƏKLİF

!Reklam – Yazi

Vətəndaşların dərman təminatına əlçatanlığının yaxşılaşdırılması, habelə dərmanların qiymətinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlərin görülməsi təklif olunub.

Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda qeyd edilib ki, əczaçılıq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi ilə idxaldan asılılığın azaldılması məqsədilə yeni istehsal müəssisələri yaradılır, eləcə də qanunvericilik aktları təkmilləşdirilir:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizmində dəyişikliyə və həmin dəyişikliklə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən dərman vasitələrinin sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri mövcud tariflərdən 20-29%-ə qədər aşağı, adi ekspertiza tarifləri isə mövcud tariflərdən 19-20%-ə qədər yuxarı təsdiq edilib.

Dövlət tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı hədd olaraq tənzimlənməsi idxalçılar və apteklərə dərmanları daha aşağı qiymətə satmağa və qiymətlərlə rəqabət aparmağa imkan verəcək.
Eyni zamanda, yerli istehsalın təşkili ilə əlaqədar bildiririk ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) investisiya portfelində əczaçılıq sahəsində birdəfəlik şprislərin və infuzion məhsulların istehsalı üzrə layihələr mövcuddur. 2022-ci il 5 avqust tarixində AİŞ və “Diamed Development Group” MMC arasında infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb. Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), Ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulub, Pirallahı rayonunda yerləşən zavodda istehsal prosesinə başlanılıb.

Bundan əlavə, 2023-cü ilin əvvəlində AİŞ ilə Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” Şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı ilə bağlı layihənin həyata keçirilməsinə dair 2023-cü il 3 may tarixində əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd olunanlarla yanaşı, dərmanların satış qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin istehlak bazarına təsirinin müəyyənləşdirilməsi ilə bağlı ən çox satılan 105 dərman vasitəsi üzrə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən apteklərdə monitorinqlər aparılıb, dərman vasitələrinin idxalı, topdansatışı və pərakəndə satışı sahəsində yüksək bazar payına malik olan şirkətlərdən toplanılmış məlumatlar əsasında müvafiq təhlillər aparılaraq təkliflər hazırlanıb”./APA

COP29

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv