!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəyərlərin təşviqində yeni YANAŞMALAR – Gənclərin diqqətini nələrə yönəltmək lazımdır?

!Reklam – Yazi

Vətəndaş cəmiyyətləri, müasir cəmiyyətlərin inkişafında və demokratik dəyərlərin təşviqində əsas rol oynayan amillərdən biridir. Nəzərə almaq lazımdır ki, vətəndaş cəmiyyətlərinin müsbət nəticələri çoxşaxəlidir.

İlk olaraq vətəndaş cəmiyyətləri demokratiyanın inkişafına mühüm təsir göstərən faktordur. Onlar vətəndaşların siyasi proseslərdə iştirakını artırır, sosial ədaləti təmin edir, insanları bir araya gətirir və həmrəylik yaradır, dövlətə olan etimadını gücləndirir.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini açıqlayan “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib ki, bu gün sözügedən sahədə rəqəmsal savadlılığın təmin olunması çox vacibdir.

“Müasir dünyanın tələblərinə uyğun olaraq maarifləndirmə və təbliğat məhz rəqəmsal əsaslarla aparılır. Yəni yaşlı nəslin informasiya texnologiyaları ilə bağlı çətinliyinin aradan qaldırılması üçün rəqəmsal savadlılığın artırılması mühüm məsələdir. Qurumlar və vətəndaş cəmiyyətləri koordinasiyalı iş apararaq, bəhs edilən boşluğu aradan qaldıra bilər.

Sosial şəbəkələrin demək olar ki, hər kəs tərəfindən istifadəsi yeni imkanlar yaradır. Əvvəllər maarifləndirmə işlərində ən vacib məsələlərdən biri gənclərə çıxışla bağlı idi. Hazırda isə gənclərin aktiv sosial şəbəkə istifadəçisinə çevrilməsi keçmişlə müqayisədə bu çətin missiyanı olduqca asanlaşdırıb. Əgər onların diqqətini cəlb edəcək kontekstdə addımlar atılarsa, vətəndaş cəmiyyəti və qeyr-hökumət təşkilatları sektoru üçün maarifləndirmə və təbliğat sahəsində böyük uğurlara imza atmaq mümkün olar”, – deyə o qeyd edib.

Z.İbrahimli əlavə edib ki, ictimai nəzarətin həyata keçirilməsində də sosial şəbəkələrin rolu danılmazdır.

“Belə ki, artıq dövlət orqanlarının özləri də aktiv sosial şəbəkə istifadəçisidirlər. Nəticədə informasiya almaq imkanları ictimaiyyət üçün genişlənir. Həmçinin sorğular keçirərək nöqsanları və boşluqları onların diqqətinə çatdırmaq asanlaşır.

Bir çox Qərb ölkələrindəki təcrübə üzrə hazırda ölkəmizdə də inkişaf edən vətəndaş cəmiyyətlərinə ictimai dəstək platformaları mövcuddur. Bu isə beynəlxalq təcrübələrin müəyyən templə Azərbaycanda da tətbiq olunmasına başlandığını göstərir. Hətta ölkəmiz hüquqi maarifləndirmə sahəsində bir çoxlarından öndədir”, – deyə o bildirib.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, bu istiqamətdə kifayət qədər işlər görülüb, lakin bunu tam hesab etmək olmaz.

“Hazırda müsbət nəticələr olsa da, daha da yaxşısı üçün çalışmaq lazımdır. Buna görə də koordinasiyalı və planlı şəkildə işlər mütləqdir. Yalnız qrant almaq xatirinə layihələr hazırlanmamalıdır. Nələrisə yaxşılaşdırmaq və müsbətə doğru irəliləmək üçün birgə addımlar vacibdir. Yəni hər hansı koordinasiya mərkəzi yaradılmalıdır.

Eyni zamanda, istiqaməti elə götürmək lazımdır ki, həqiqətən də cəmiyyətdə müəyyən problemlərin həllinə nail olunsun. Ölkənin tərəqqisi, müəyyən məsələlərin həlli, insanları maarifləndirmə, həmçinin fiziki sağlamlığın güclənməsinə fəlsəfi baxımdan yanaşmaq lazımdır. Pərakəndə fəaliyyətin nəticəsi olmur. Hər hansı həll olunmalı məsələdə dövlət qurumları iş görürsə qeyri-hökumət təşkilatları da fəallıq göstərməlidir. Onların edə bilmədiklərini etməlidir”, – deyə sosioloq bildirib.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.

COP29

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv