!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dəyişən dəb ANLAYIŞIMIZ: Anormal estetik əməliyyatlar və inkubatordan çıxmış burunlar – Cəvahir Nehru yazır

!Reklam – Yazi

İşə gələndə qarşıma gənc bir qız çıxdı. İstər-istəməz gözümü üzünə, daha doğrusu, burnuna zilləməli oldum. Hətta qeyri-etik olsa da belə, təkrar-təkrar baxmalı oldum. Qızın burun dəliklərinin içərisi açıq-aydın, necə deyərlər, çöldə qalmışdı. Elə əməliyyatla dəyişən burun olması da açıq-aydın bilinirdi, daha doğrusu. görünürdü. Mənə güc gələn marağı öldürə bilmədim, “qızım, burnunu harada əməliyyat etdirmisən” soruşanda məşhur estetik həkimin adını çəkdi. Məsələ burasındadır ki, dəlikləri açıqda qalan belə burun sahiblərinə son vaxtlar tez-tez rast gəlirəm. Estetik baxımdan da çox iyrənc görünür. Aydın görünür ki, hamısı da eyni məşhur həkimin “əl işi”dir. Hər dəfə burun deşikləri çöldə qalan bu qızları görəndə fikirləşirəm ki, dəb deyilən budursa, Allah kəssin, belə dəbi.

Hərçənd gənc xanımların estetik əməliyyat etdirməsini alqışlamıram. Çünki mənim düşüncəmə görə, gənclik elə gözəllik deməkdir. Buna rəğmən, hər kəsin də gözəl görünmək istəyinə hörmətlə yanaşıram. Ola bilər, bəziləri özgüvən əskikliyinə qalib gəlməyin yolunu estetik əməliyyatlarda görür, yaxud da özünü belə görünüşdə daha xoşbəxt hiss edirlər. Olsun, xoşbəxt olmaq hər kəsin haqqıdır.

Amma… Bəli, bunun ən böyük amması ondan ibarətdir ki, bəzən, gözəl görünmək əvəzinə, əksinə, olan-qalan şarmımızı da itirməli oluruq. Necə deyərlər, “gözəlağa çox gözəl idi, vurdu çiçək çıxartdı”… Dəblə ayaqlaşmaq o demək deyil ki, “qonşudan qalma dala” prinsipi ilə bədənini kəsib doğradasan. Yaraşmaq deyə bir anlayış var. Sənə nə isə yaraşırsa, bunu etmək gözəldir, amma “dəb” xətrinə “mənim də burnumu filankəsin burnu kimi əməliyyat et” deyib burun deşiklərini açıqda qoymaq, mənə görə, iyrənclikdir. Məndən sizə bir tövsiyə, “qaş düzəltmək əvəzinə, vurub gözünüzü də çıxarmayın”. Arada güzgüdə özünüzə, daha doğrusu, burnunuza baxın.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv