Müasir kosmetika brendlərinin “aluminum free” adı altında təqdim etdiyi dezodorantlara tez-tez rast gəlinir. Bu məhsulun tərkibində alüminium elementinin olmadığına işarə edir.
Ağır metalların insan həyatına mənfi təsir etməsini nəzərə alaraq bu cür vasitələrdən istifadə etmək faydalı hesab edilir.
Bəs görəsən gigiyena vasitələrinin tərkibində olan alüminium elementi həqiqətən də sağlamlıq üçün təhlükəlidirmi?
İstehsalçılar alüminium elementinin dərinin dərin qatların nüfuz edərək tər vəzilərini bağladığına görə bir çox gigiyenik vasitələrə əlavə edirlər.
Dermatoloqların bildirdiklərinə görə, əgər sizin alüminiuma allergiyanız yoxdursa, o zaman siz bu cür vasitələrdən rahatlıqla istifadə edə bilərsiniz. Bəzi hallarda isə alüminiumun xərçəng risqi yaratdığı bildirilir.
Lakin bu fikir həqiqətə əsaslanmır. Hətta ABŞ Milli xərçəng İnstitutu qoltuğa sürtülən dezodorantın süd vəzi xərçəngini əmələ gətirməsi fikrini təsdiqləmir. 2014-cü ilin hesabatına görə, alüminium tərkibli antiperspirantlar istifadə edən qadınlarda, ondan istifadə etməyən qadınlara nisbətən daha az xərçəng xəstəliyi diqnotika olunur.
Bir çox ekspertlərin fikrincə, alüminium yüksək miqdarda qanla birbaşa təmasda olduqda toksik təsir göstərir. Buna görə də söyləmək olar ki, dezodorantların tərkibində olan alüminium həmin miqdarda və yerli istifadə zamanı sağlamlıq üçün heç bir risk daşımır. Əgər alüminiumu tamamilə həyatınızdan çıxarmaq istəyirsinizsə o zaman ilk növbədə folqadan və alüminium qazanlardan imtina edin./Medicina/
www.yenicag.az