Dias qayıdır

media-hightechnic-468x90

73026“Qarabağ”ın zədəlilərindən biri sıraya dönür.

Danilo Dias zədəsini sağaltmaq üzrədi.

Türkiyədə əməliyyat olunan braziliyalı yarımmüdafiəçi artıq Bakıya qayıdıb. Onun zədəsi böyük ölçüdə sağalıb. Dias bir müddət sonra komanda ilə məşqlərə başlayacaq. Onun meydana dönəcəyi tarix hələ bəlli deyil.

Qeyd edək ki, yayda “Qarabağ”a transfer olunan Dias dizində ağrılar hiss edirdi. Komandanın tibbi personalı davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd etsə də, 29 yaşlı futbolçunun dizində “mensk” əməliyyatı qaçınılmaz olub. Bu səbəbdən o, Türkiyədə cərrah masasına uzanıb.

Onu da qeyd edək ki, Dias sonuncu dəfə ötən ayın 18-də “Sent-Etyen”lə Bakıda baş tutan matçın iştirakçısı olub. Həmin qarşılaşmanın son 10 dəqiqəsində meydanda olan braziliyalı “Qarabağ”ın bundan sonra “Simurq”, “Neftçi” və Milan “İnter”inə qarşı oyunlarını kənardan izləyib. (anspress.com)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa