Türkiyədən müayinədən qayıdan Xalq artisti həkim nəzarəti altında müalicə olunur.
Yeniçağ.az-a açıqlama verən xalq artisti R. Hüseynov bir ağciyərlə yaşamağın çətin olduğunu deyib:
“Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb; havam çatmır, boğuluram”.
Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib:
“Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik da da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, “yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.
Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.
Cəvahir Səlimqızı
Yeniçağ.az
www.yenicag.az