!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dilarə: “Çox hiyləgər, qorxulu tipdir, ona baxanda...” - FOTO

!Reklam – Yazi

“Sonradan özümü buna görə çox danladım, kaş ki bu filmə çəkilməyə razılıq verməzdim…”

Bunu tannımış aktrisa, Əməkdar artist Dilarə Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa “Elə bir rol olubmu, kaş ki o filmə çəkilməzdim, yaxud da əksinə, əhsən Dilarə, yaxşı ki, bu filmdə çəkilmişəm demisən?” sualını cavablandırarkən maraqlı etiraflar edib:

“Obrazlarıma baxıb özümü təqdir, yaxud da tənqid etdiyim hallar olub. Kaş ki heç bu filmdə çəkilməzdim deyib peşman olduğum məqamlar da olub. Hamısını yaşamışam. Hərdən elə də olub ki, oynadığım obraza baxıb qorxmuşam. Hazırda “Baldız” serialında canlandırdığım baldız obrazı mənim özümü belə qorxudur. Düşünürəm ki, İlahi, yaşadığım evdə belə bir xarakterdə insanla necə yola getmək, necə yaşamaq olar. Amma adını çəkmək istəmirəm, bir film var, sonradan çox özümü danladım ki, kaş bu filmə çəkilməyə razılıq verməzdim. Amma könülsüz razılaşıb, sonradan çox sevindiyim filmlər də olub yaradıcılıq taleyimdə. Baxıb demişəm ki, çəkilmək istəmirdim, amma yaxşı oldu ki, çəkildim. Məsələn, hazırda “Yuxu kimi” serialında oynadığım Əsmər obrazı barədə deyə bilərəm ki, dünyagörüşümə zidd bir xarakterdir. Amma belə xarakterləri müşahidə etmişəm, həyatda bu obrazın prototipləri də var. Çox hiyləgər, qorxulu tipdir, ona baxanda adi tamaşaçı kimi heyrətlənirəm ki, sən bir bunun hərəkətlərinə bax. Belə hallar da olur”.

Cəvahir

www.yenicag.az

998
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv