DİM-də 76 min manatlıq ALIŞ-VERİŞ: Qulaqlıq örtükləri, qulaqlıqlar və s.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) “Halal-P” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə yeni satınalma müqaviləsi bağlayıb. Müqavilənin dəyəri 76.700 manat təşkil edir və audio qarniturların satın alınması məqsədi daşıyır.
Yenicag.az 32gun.az-a istinadla xəbər verir ki, satınalma tender əsasında həyata keçirilib və müqaviləyə əsasən saxlanma üçün qablaşdırmalar, qarnitura asqıları, qulaqlıq örtükləri və qulaqlıqlar təmin olunmalıdır.
Qeyd edək ki, qalib şirkət – “Halal-P” MMC-nin nizamnamə kapitalı 10.000 manatdır, onun qanuni təmsilçisi isə Səbinə Cəfərova Namət qızıdır.
Məlumata görə, bu, Dövlət İmtahan Mərkəzinin sözügedən şirkətlə bağladığı ilk müqavilə deyil.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadədir.