!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM doktorant və dissertantlara müraciət etdi

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi doktorant və dissertantlara müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:

““Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanına edilmiş 26 noyabr 2022-ci il tarixli 1888 nömrəli dəyişikliyə əsasən dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar ingilis, alman və ya fransız dillərindən birini xarici dil kimi seçərək imtahan verirlər. Yeni qaydalara əsasən dissertasiyanı ingilis dilində yazan və müdafiə edən iddiaçılar xarici dil imtahanından azad edilirlər. Eyni zamanda, dissertasiya işini ingilis dilində yazan və müdafiə edən əcnəbi vətəndaşlar isə Azərbaycan dili imtahanından azad edilirlər. Bunun əksinə olaraq, dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar isə Azərbaycan dilindən imtahan verirlər”.

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv