DİM-in saytı çökdü – SƏBƏB

Dövlət İmtahan Mərkəzinin rəsmi saytı olan dim.gov.az saytına giriş məhdudlaşıb.

Yenicag.az xəbər verir ki, bu gün axşam saatlarından etibarən DİM-in rəsmi saytında problem yaşanıb.

Belə ki, 23 fevrala təyin olunmuş magistratura imtahanında iştirak üçün qeydiyyatdan keçmək istəyən bakalavrlar şəxsi kabinetlərinə daxil ola bilməyiblər.

Bu da bakalavrlarda və saytın digər istifadəçilərində narahatlıq yaradıb.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən açıqlama verilməyib.