DİM yazı işlərinin yoxlanılmasında süni intellektdən istifadə edib
“Dövlət İmtahanı Mərkəzində yazı işlərinin yoxlanılmasında süni intellektə aid olan elementlər tətbiq edilib”.
Yenicag.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu proqramla 2 milyon 700 min yazı işi yoxlanılıb: “O nəticələr süni intellekt proqramı ilə yoxlanılıb. Müəyyən ölkələrdən gəlib bizdən təcrübə öyrənmək istəyirlər”.
M.Abbaszadə bildirib ki, 9-cu sinfin yazı işləri yoxlananda həmin proqram təminatından istifadə olunub:
“Bu prosesdə müəyyən yanlışlıq ola bilər. Ona görə də yazılar həm proqram tərəfindən, həm də paralel olaraq ekspertlər tərəfindən yoxlanılır”./oxu.az