Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

DİN-dən əməliyyat - "Volk Qədir" tutuldu - FOTO

Xaçmazda narkotacirlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba Regional qrupundan APA-ya verilən məlumata görə, Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanusuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayonunun Ləcət kənd sakini, 47 yaşlı Əbülfət Həsənov kənd ərazisində yerləşən meşəlik ərazidə saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun əlindəki kisədən iki sellofan bükümdə, ümumi çəkisi 1 kiloqram 330 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Volk Qədir” kimi tanınan rayonun Pərdiqran kənd sakini, əvvəllər məhkum olunmuş, 57 yaşlı Qədir Əlimərdanov da saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan şüşə bankalarda saxlanılan, ümumi çəkisi 3 kiloqram 675 qram olan qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Q.Əlimərdanov narkotik vasitələrin ona məxsus olduğunu, həmin çətənə kollarını kultivasiya yolu ilə kəndin yaxınlığındakı meşəlik ərazdə yetişdirdiyini etiraf edib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri qaldırılıb, araşdırmalar aparılır.

www.yenicag.az

1241
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM