!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən qadınların yürüşü haqqında açıqlama: "Heç bir qadın saxlanılmayıb"

!Reklam – Yazi

“Özlərini feminist adlandıran həmin qadınların şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi”

Yenicag.az xəbər verir ki, bu fikirləri bu gün bir qrup qadının şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərməs ilə bağlı “Report”un suallarını cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov səsləndirib.

Ehsan Zahidov aksiya zamanı bir neçə nəfərin saxlanıldığını və onların izahedici söhbətlərdən sonra sərbəst buraxıldığını bildirib:

“Onlara aksiyanı keçirmək üçün uyğun yer təklif edilmişdi. Lakin onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçmişdilər. Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi.

Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar”.

Ehsan Zahidov aksiya zamanı heç bir qadının saxlanılmadığını vurğulayıb:

“Polis əməkdaşları əsl azərbaycanlı kişiyə xas olaraq Beynəlxalq Qadınlar bayramının, eləcə də ləyaqətli Azərbaycan xanımlarının xatirinə qanunsuz aksiyaya cəhd edən qadınlardan hər hansı birini nəinki saxlamadı, hətta onlardan bəzilərinin aqressiv davranışlarına oz təmkinli hərəkətləri ilə cavab verdi”.

www.yenicag.az

1060
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv