!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN əməliyyat keçirdi - 40 cinayətin üstü açıldı

!Reklam – Yazi

Ötən şənbə və bazar günləri daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 9-u və 10-da törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv