Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Din Nazirliyi yaranır – Özəl

komiteAdminstrasiya Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsini ləğv edilməsini müzakirə edir

Elşad İskəndərovun sədrlikdən göndərilməsinin üzərindən iyirmi gündən artıq vaxt keçir. Lakin hələki Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin yeni sahibi təsdiqlənməyib.

YENİCAG.AZ-a verilən özəl xəbərə görə, komitə sədri təyinatı uzun müddət həyata keçirilməyəcək. Çünki Prezident Adminstrasiyasında bu komitənin nazirliyə çevrilməsi müzakirələri davam edir.

Xəbərdə deyilir ki, komitənin hazırkı fəaliyyətini qənaətbəxş hesab etməyən dövlət bu qurumu daha geniş səlahiyyətlərə malik Din Nazirliyi statusunda görmək istəyir. Bunun üçün Türkiyənin Diyanət İşləri Başqanlığının strukturunun da gözdən keçirildiyi bildirilir.

Artıq bunun üçün müxtəlif din adamlarının da fikirlərini öyrənən yetkililər hazırda bu nazirliklə bağlı nəzəri planı bitirmək üzrədir. Əgər bu plan baş tutarsa, indikindən daha geniş səlahiyyətlərə malik bir nazirlik yaranacaq. Nazirliyin yaranmasına Qafqaz Müsəlmanları İdarəsinin münasibəti isə sual doğurur.

Yenicag.az

www.yenicag.az

494