!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dinamo” qələbə qazandı, Mahir ilk qolu vurdu

!Reklam – Yazi

Zaqreb “Dinamo”su Sloveniyada təlim-məşq toplanışı çərçivəsində “SSKA 1948″ə (Bolqarıstan) qarşı yoxlama oyunu keçirib.

Yenicag.az xəbər verir ki, ilk 11-likdə millimizin üzvü Mahir Emreli də yer alıb. O, ilk hissədə Bruno Petkoviçin ötürməsindən sonra 21-ci dəqiqədə qol vuraraq hesabı açıb. Matç isə “Dinamo”nun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Zaqreb təmsilçisinin digər qollarını 2-ci hissədə Drmiç və Spikiç vurublar. M.Emreli 1-ci hissədən sonra əvəzlənib.

Qeyd edək ki, bu gün keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Xatırladaq ki, M.Emreli bundan əvvəl “Koper”lə yoxlama görüşündə (2:2) 46-cı dəqiqədə meydana daxil olmuşdu.

3 iyul

Yoxlama oyunu

20:00. “Dinamo” (Zaqreb) – “SSKA – 1948” – 3:2

Qollar: Mahir Emreli, 21, Drmiç, 49 (2:0), Şpikiç, 55 (3:0), Tsenov, 61 (3:1), Moharrami, 64-avtoqol (3:2)

 

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv