Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Gəncədə yerləşən İmamzadə ziyarətgahının ruhanisi Hacı Tahir Abbaszadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya doğum günü münasibətilə müraciət edib.
Yenbicag.az-ın məlumatına görə, Gəncə dindarları adından edilən müraciətdə Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan xalqı qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, onun Azərbaycan mədəniyyəti, incəsənəti və ölkənin digər taleyüklü problemlərinin həllində fəaliyyətinin əvəzsiz olduğu bildirilir.
Hacı Tahir Abbaszadə yazır ki, Mehriban xanım Əliyeva Azərbaycanın hər bir vətəndaşı kimi Gəncə və onun sakinlərinə də xüsusi diqqət və qayğı ilə yanaşır, şəhərdəki dini mədəniyyət abidələrinin bərpasında, əhalinin sosial problemlərinin həllində xüsusi xidmətləri var.
Müraciətdə deyilir ki, Mehriban xanım – ata tərəfdən soyu ali nəsil olan Peyqəmbərimizə catan bir Seyyid qızı, ana nəsli qədim turk tayfası olan Qacarlara bağlıdır. M. Əliyevanın Gəncədə olan və hazırda ev-muzeyinə çevrilmiş baba ocağı da buna sübut kimi göstərilir. Həmin ev-muzeyində Mehriban xanımın şəcərəsinin İmam Hüseynin nəslinə bağlı olması ilə əlaqəli arxiv materialının qorunduğu da qeyd edilir: “Bunlar, eyni zamanda İslam Peyğəmbərinin 9-cu əsrdə Gəncəyə təşrif buyurmuş, Azərbaycanda ilk ziyarətgah olan İmamzadədə uyuyan Mövlanə İbrahim həzrətlərinin nəticələrindəndir”.
Dindarların müraciətində daha sonra qeyd edilir ki, gəncəlilər üçün İmamzadə ziyarətgahı əziz və müqəddəs bir yerdir. Gəncəyə hər səfəri zamanı İmamzadə ziyarətgahını və Nizaminin məqbərəsini ziyarət edən Mehriban xanım hər bir gəncəlini ziyarət etmiş sayılır.
Gəncədə Cavad xan türbəsinin bərpası və təmiri, Cümadi-qəsəb türbəsinin yenidən öz məzarı ustə qurulması, Xan bağının gözəlləşdirilməsi, kimsəsiz ailələrə yardımlar, köməksiz insanlara, xəstələrə, şəhid ailələrinə diqqət Mehriban xanımın müqəddəs əməlləri kimi xatırlanır.
Dindarlar müraciətlərinin sonunda Mehriban xanıma Azərbaycana xidmətlərinə görə bir daha təşəkkür edir, ona möhkəm cansağlığı, işlərində və ailədə yeni-yeni uğurlar arzulayırlar:
“Hörmətli Mehriban xanım! Gördüyünüz müqəddəs işlərdə Sizə uğurlar arzu edir, özünüzə və ailə üzvlərinizə cansağlığı, xobşəxtlik diləyirik. Doğum gününüz mübarək!”
www.yenicag.az