Dini ayinlərin icraçısı təyinatı alan qadınların sayı AÇIQLANDI

media-hightechnic-468x90

İndiyə qədər 30 qadın dini ayinlərin icraçısı təyinatı alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, onlar qaydalara uyğun olaraq müsahibədən keçiblər:

“Müsahibədən keçdikdən sonra müvafiq məscidlərə təyinatlar olub. Bu cür təyinatlar əsasən Cümə məscidlərinə verilir. Qadın dini ayinlərin icraçısı heç də məsciddə dini ayinləri icra edən şəxs deyil. Yəni imamlıq funksiyasını yerinə yetirmir. O, imamın tapşırığı ilə məscidə gələn qadınların dinlə, islamla bağlı suallarını cavablandırır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600