!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dini icmalardan Gəncənin raket atəşinə tutulması ilə bağlı bəyanat

!Reklam – Yazi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin baş keşişi Denis Şetnikov və Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov Ermənistanın Gəncədə törətdiyi son hadisələrlə bağlı bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, icma üzvləri Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində olan çoxmənzilli yaşayış binalarını raket atəşinə tutmasını kəskin şəkildə pisləyib.

“Bildiyiniz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan təcavüzkar qüvvələri Azərbaycana hücum edərək yeni torpaqlar işğal etmək, yeni qırğınlar, ölümlər gətirmək məqsədi ilə bütün cəbhəboyunca Azərbaycana hücuma keçib. Dəyanətli Ordumuz bu hücumun qarşısını alır. Köhnə xislətlərindən əl çəkməmiş erməni işğalçı qüvvələri Xocalıda törətdiyi qırğınların bənzərini törətmək məqsədi ilə 4 oktyabr tarixindən Gəncə şəhərində dinc əhalini bombalamağa başalmışlar. Bu bombalar nəticəsində evlər dağılmış, mülki insanlar öz evlərində şəhid edilmiş, uşaqlar-qadınlar qorxudulmuş, evlərə çoxlu ziyan dəyib”, – Tahir Abbasov bildirib.

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv