Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblər

media-hightechnic-468x90
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.
Yenicag.az xəbər verir ki, burada qonaqlar azad edilmiş şəhərin Azərbaycan tərəfindən tətbiq olunan səhiyyə sahəsindəki texnologiyalarla tanış ola biliblər.
Nümayəndə heyəti, həmçinin burada təhsil alan tibb universiteti tələbələrinin hazırlıq prosesi ilə tanış olub.
Klinikanın baş direktoru Samir Babayev qonaqlara universitet haqqında məlumatı verib.
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
media-a8w3p1ftrfpsflesscdmju5qj172vihhlzaq5dqz_1200 media-gbq0bbu4ebdeuotpngznuluo1ahsaes8mvei68ct_1200 media-yk3utuwvzfd8it8wpodfbs8ussehxcoeqimqwshd_1200 media-zslyowi1igscvhksgwcbkl0bs2xy51mvxzfgi2td_1200
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05