"Diplomatların əsas diqqəti Zəngəzur dəhlizinin tikintisinə yönələcək" - Hikmət Hacıyev

media-hightechnic-468x90

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı paylaşım edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

“Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə gedərək Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət çərçivəsində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, həmçinin bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə 20-ci səfərimizdir”, – paylaşımda qeyd edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05