DİQQƏT: Bu ərazilərdə su olmayacaq

media-hightechnic-468x90

8 Noyabr prospektində istismar müddətini bitirmiş boruların yenisi ilə əvəzlənməsi istiqamətində tədbirlər planı həyata keçirilir.

Bu barədə Yenicag.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Yeni çəkilən xətt iyulun 20-də mövcud şəbəkə xəttinə qoşulacaq və bununla bağlı iki nöqtədə birləşmə işləri görüləcək. Birləşmə işləri səhər saat 08:00 da başlanacaq, 17:00 da başa çatacaq. Bu müddətdə Corat, Mirzə Davud və Xəzər küçələrində, 8 noyabr prospektinin bir hissəsində əhaliyə və qeyri-əhaliyə suyun verilməsində fasilə yaranacaq.

Təmir-bərpa, köhnə xəttlərin yenilənməsi, əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər intensiv şəkildə davam etdirilir və hər mərhələ üzrə qısa müddətdə başa çatdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600