Paytaxtda şadlıq saraylarının çox oldugu küçələrdə axşam vaxtı rahat gəzmək olmur. Buna səbəb isə restoranlardan çıxan tüsyüyə görə, göz-gözü görmür, hətta nəfəs almaq belə çətinləşir.
Yenicag.az xəbər v erir ki, ekspert Nüsrət Qasımov məsələyə münasibət bildirib: “Burda karbon 4 oksid əvəzinə karbon monoksid əmələ gəlir. O da çox zəhərləyici maddədir. 1-ci növbədə qaz işlədiciləri tənzimləmək lazımdır”.
Məhərrəmlik ayının başa çatmasından sonra şadlıq saraylarının fəaliyyəti yenidən genişlənib. Xüsusilə də paytaxtda fəaliyyət göstərən şadlıq sarayları, demək olar ki, hər gün doludur. Nəticədə axşam hava almaq üçün küçəyə çıxanlar təmiz hava əvəzinə zəhərli qazları qəbul edirlər.
Ekoloq Telman Zeynalov: “Yaxşı da pul qazanırsan qazan da, camaata niyə əziyyət verirsən? Qoyarsan filteri, sourar, onunla da iş bitər”.
Xatırladaq ki, ETSN 4-5 ay öncə paytaxtdakı şadlıq evlərinə havatəmizləyən qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin hələ də qaydalara əməl etməyib, tüstüləməyə davam edən restoranlar var. Çəkiliş etdiyimiz şadlıq saraylarının rəhbərləri isə müxtəlif bəhanələr göstərir.
ETSN 9 şadlıq sarayının fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırıb. Araşdırmalarsa davam edir. Görünür bu siyahı daha da genişlənəcək.
www.yenicag.az