DİQQƏT! "Dərs vaxtı" proqramının sabahkı yayım vaxtı dəyişdi

media-hightechnic-468x90

Dekabrın 14-də “Mədəniyyət” telekanalında profilaktika işləri həyata keçiriləcəyindən “Dərs vaxtı” proqramının yayım vaxtında dəyişiklik edilib.

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən bildirilib.

Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq.

“Dərs vaxtı” proqramının müvafiq cədvəli “Dərs vaxtı”nın “Facebook” səhifəsində (https://www.facebook.com/dersvaxti.edu.az/) paylaşılacaq.

Qeyd edək ki, “Mədəniyyət” və “ARB Günəş” tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600