!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Heyvan gəzdirən şəxslər cərimələnəcəklər – VİDEO

!Reklam – Yazi

Azərcaycanda heyvan saxlayanların sayı artır və bu tendensiya günü-gündən davam edir. Amma bir problem var ki, vətəndaşların bir qismi bu heyvanları saxlayarkən təhlükəsizlik qaydalarına riayət etmirlər.

Söhbət həmin heyvanların gəzintiyə çıxarılan zaman ətrafa saça biləcək təhlükənin qarşısını almaq üçün istifadə olunan aksesuarlardan gedir. Buruntaxsız, daha etibarlı qayişlərdən istifadə edilmədən küçələrə çıxarılan itlərə daha çox rast gəlinir. Amma itlər kimi digər heyvan saxlayanlar da bu aksesuarlardan istifadə etməlidir.

Şəhər sakinlərinləri də bu heyvanlardan gələ biləcək təhlükədən xəbərdardır və birmənalı olaraq o heyvanların xüsusən də itlərin belə gəzdirilməsindən narahatdırlar.

İtlərin gəzdirilməsi üçün xüsusi qaydaların olması ilə yanaşı, onların bu cür saxlanılması və gəzdirilməsinə görə, inzibati cəza mexanizmi də mövcuddur.

Ekspert Elmar Nurəliyev: “Buruntax olmalıdır, ictimai yerlərdə belə gəzdirmək olmaz. Avtomobillərdə xüsusi yerlər olmalıdır ki, itlər orada daşınsın. Buruntaxsız gəzdirilməsi, kiminsə üstünə hucuma əmri verilməsi, eləcə də sərxoş vəziyyətdə itin gəzdirilməsinə görə cərimə mövcuddur”.

Heyvan sahibi: “Dişləri olsa da, qorxulu deyil. Uşaqla uşaqdı, böyüklə böyük”.

Məsələnin digər tərəfi bu heyvanların vaxtı vaxtında həkim müayinəsindən keçməsi ilə bağlıdır.

Dövlət baytarlıq xidmətindən bildirilib ki, bu il 250 mindən çox qeydiyyatlı və sahibli ev heyvanlarına quduzluqla bağlı vaksin vurulub. Onların içərisində itlərin sayı kifayət qədərdi. Eyni zamanda özəl veterinar məntəqələr də bu işi həyata keçirir.

DBX-nin rəsmisi Turan Məmmədzadə: “Qış fəsilində bu heyvanlar ev şəraitində daha çox saxlanılmalı, onlara qulluq və xəstəliklərlə mübarizə digər fəsillərə görə, daha ciddi yanaşılmalıdır. Quduzluq əleyhinə mütləq peyvənd vurulmalıdır”.

COP29

www.yenicag.az

3839
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv