Diqqət! İsti havada açıq havada dondurma yemək XƏSTƏLİK GƏTİRİR!

media-hightechnic-468x90

Yayda sərinləmək üçün dondurma geniş yayılmış seçim olsa da, dietoloq və qastroenteroloq Nuriya Dianova isti havada dondurma yeməyin soyuqdəymə ehtimalını artırdığını bildirib.

Yenicag.az  xəbər verir ki, Dianova qeyd edib ki, hava temperaturu 30–35 dərəcə olduqda orqanizm artıq isinmiş vəziyyətdə olur və belə halda açıq havada soyuq dondurma yemək soyuqdəyməyə, xüsusilə də boğaz iltihabı (faringit) və bəzən temperaturun yüksəlməsinə səbəb ola bilər.

Həkim xəstələnməmək üçün sadə bir məsləhət də verib: “Dondurmanı qapalı məkanda, kondisionersiz yerdə yemək daha təhlükəsizdir. Dondurmanın özü xəstəlik törətmir, problem bədənin artıq istiləşmiş olması və kəskin temperatur dəyişikliklərindən qaynaqlanır.”

Nuriya Dianova əlavə edib ki, əgər insan qapalı məkanda və kondisionersiz şəraitdə dondurma yeyirsə, onun heç bir mənfi təsiri olmayacaq, yalnız yüksək kalorili qida kimi qəbul edilməlidir./ bizimmedia/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600