Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT: Qəbul imtahanlarının saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. DİM tərəfindən keçirilən qəbul imtahanları (o cümlədən iyulun 10-da keçiriləcək SABAH qruplarına qəbul imtahanı) isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar (əvvəllər saat 11:00-da başlayırdı – “Report”).

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasında olmalıdırlar. “İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir.

Abituriyentlərə özləri ilə şəffaf plastik qabda qazsız su da gətirmələri tövsiyə olunur.

www.yenicag.az

182
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100