DİQQƏT: Təhlükəsizlik Xidməti yeni kibertəhdid qruplaşmasını müəyyən etdi

media-hightechnic-468x90

Ölkəyə qarşı yönəlmiş kiberhücumların monitorinqi və ümumi kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili çərçivəsində Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən kibertəhdid qruplaşması – “Təhdid Qrupu 2” (ad şərti olaraq) müəyyən edilib.

Bu barədə Yenicag.az-a Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib. Aparılan təhlillər göstərir ki, qrupun kiberəməliyyatları əsasən fürsətçi xarakter daşıyır, yəni qrup konkret hədəflərdən daha çox əlçatan zəiflikləri istismar edir. Hücumlarda açıq resurslu alətlərdən istifadə olunur, lakin zərurət yarandıqda xüsusi kodlaşdırma və avtomatlaşdırma imkanlarına da əl atılır.

ETX tərəfindən bu kimi təhdid qruplaşmalarının istifadə etdiyi infrastrukturun, texnika, taktika və prosedurlarının (TTP) izlənilməsi və standartlaşdırılmış metodologiya əsasında sənədləşdirilməsi gələcəkdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Təhdid qrupu haqqında ətraflı məlumat üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://bit.ly/43IpNCD

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600