!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Distant təhsil üçün YENİ “NƏFƏSLİK”: “Bu platformalardan müəllimlər də yararlanacaqlar” - Ekspert

!Reklam – Yazi

“Distant təhsillə bağlı pulsuz istifadəyə verilən platformalar gözləntiləri doğruldacaq”.

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün “Microsoft Teams” və əlavə olaraq “Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib. Hazırda 32 ali təshil müəssisəsində sözügedən platformalardan istifadə olunur, 6 ali təhsil müəssisəsi isə qoşulmaq üzrədir.

Sözügedən platformaların distant təhsilin effektivliyinə təsirlərini dəyərləndirən ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan yeni platformalar distant təhsilin inkişafında müsbət rol oynayacaq:

“Bu gündən etibarən, ölkəmizdə müəyyən ərazilər üzrə məhdudiyyətsiz internet təminatı bərpa olunub. Bu baxımdan, distant təhsillə bağlı pulsuz istifadəyə verilən məlum platformalar əvvəlki dövrlə müqayisədə, bu sahənin nisbətən daha yaxşı inkişaf etməsinə səbəb olacaq.

Çünki tələbə və şagirdlər bu platformalardan rahatlıqla istifadə edə biləcəklər. Eyni zamanda, ödəniş tələb olunmayacaq. Bu addım təqdirəlayiqdir. Yeni platformalardan müəllimlər də rahatlıqla yararlana biləcəklər. Ən azından ənənəvi tədris metoduna keçənə qədər distant təhsil formasından effekli istifadə etmək mümkün olacaq”.

Gülşən Şərif

www.yenicag.az

1859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv