Aktrisa rejissorlardan TƏKLİF GÖZLƏYİR: “Çox istəyirəm ki…”
“Aktrisa səhnədə olmalıdır və səhnədən, çəkiliş meydançasından kənarda sudan çıxarılmış balığa bənzəyir”.
Bunu Yenicag.az-a açıqlamasında aktrisa Zülfiyyə Eldarqızı deyib.
Çoxdandır seriallarda görünməyən aktrisa rejissorlardan təklif gözləyir:
“Mən də istəyirəm ki, seriallara çəkilim. İnanın yolda, getdiyim tədbirlərdə – hər yerdə tamaşaçılar mənə “Xəyanət” serialındakı obrazımla bağlı o qədər xoş sözlər deyirlər ki… Aktrisa səhnədə olmalıdır və səhnədən, çəkiliş meydançasından kənarda sudan çıxarılmış balığa bənzəyir. İndi heç bir serialda yoxam. Bu da əhval-ruhiyyəmə mənfi təsir edir. İş olanda həm maddi, həm də mənəvi köməkdir. Həm də ruhən dincəlirəm. Konservatoriyada dərs deyirəm. Sonuncu serial təklifi bir prodakşından gəldi. Dərs saatımızla çəkiliş müddəti üst-üstə düşdüyündən alınmadı. Dedim, boş günlərə salın, razılaşmadılar. Amma “Xəyanət” serialına çəkiləndə soruşurdular, çəkilişi boş vaxtlarımıza salırdılar. Elə axırıncı işim də “Xəyanət” serialında oldu”.
Cəvahir













