Vaşinqton-Tehran xəttində kritik mərhələ: Regionu nə gözləyir? — ANALİZ

media-hightechnic-468x90

“ABŞ – İran arasındakı növbəti müharibədə cənubdakı həmyerlilərimiz Azərbaycana köç edə bilərlər.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib.

media-1662551973_1660656719_akifakifqat

Partiya sədri Amerikanın İrana qarşı sərhədlərə hərbi resurs cəmləşdirməsi və mümkün müharibənin Azərbaycana təsirləri haqqında danışıb:

“ABŞ və İran arasında qarşıdurma davam edir. Hər iki tərəfin özünəməxsus hədəfləri var. Trampın məqsədi İranda hakimiyyəti nəzarətə götürmək, İranın neft-qaz ehtiyatlarından tam istifadə etmək, Hörmüz boğazındakı şərtlər və nüvə məsələsidir. İran isə nəyin bahasına olursa-olsun nüvə dövlətinə çevrilmək istəyir. O cümlədən neft-qazını sərbəst şəkildə satmaq, ABŞ sanksiyalarından qaçmaq və boğazdan sərbəst istifadə etmək istəyir. Tərəflərin özünün hədəfləri var, amma ABŞ burada daha güclüdür. ABŞ 2 addım irəli, 1 addım geri taktikasını seçib. Gah İranla danışıqlara gedir, gah zərbə vurur və hədəfinə çatana qədər bu davam edəcək. Böyük ehtimalla yaydan sonra, xüsusən də futbol üzrə DÇ bitdikdən sonra ABŞ yenidən İrandakı hədəfləri vurmağa davam edəcək. İki tərəf də hərbi qüvvələri sərhədə toplayıb hücum anını gözləyir.”

Partiya sədri bu müharibədə Azərbaycanın rolundan da danışıb:

“Azərbaycan bu müharibədə doğru mövqe tutub, neytral mövqedədir. Azərbaycan müəyyən məqamlarda İrana qarşı olan hücumları pisləyir. İrana qarşı hücumlar olarsa, Azərbaycan və ümumi region üçün təhlükələr yarana bilər. Qonşuluqda müharibə alovlanırsa, bir çox sahədə Azərbaycana mənfi təsiri olacaq. Azərbaycan çalışır ki, müharibə yenidən alovlanmasın. Əgər bizim iradəmizdən asılı olmayaraq alovlanarsa, Azərbaycanın özünün ehtiyat variantları var və biz çalışacağıq ki, bu alov Azərbaycanın üzərinə sıçramasın. Təhlükəsizliyimizə müəyyən təhdidlər meydana gələcək, qorxulu məqamlar olacaq böyük ehtimalla. Müharibə zamanı atılan zərbələr ərazimizə düşə bilərmi, düşə bilər. İranda yaşayan azərbaycanlılar bizə tərəf üzünü tuta bilər. İranla sərhəddə yaşayan öz əhalimiz Bakıya köç edə bilər və s. Ona görə də Azərbaycan maksimum çalışır ki, hərbi əməliyyatlar başlamasın. Buna baxmayaraq, hərbi əməliyyatların başlama ehtimalı böyükdür. Çünki İran öz mövqeyindən geri çəkilmir, ABŞ isə öz hədəfinə doğru getməyə cəhd edir. ABŞ hələ ki təkqütblü dünya yaratmağa çalışır. Özləri də başa düşürlər ki, bu yaransa belə, uzun müddət davam edə bilməz. Çoxqütblü dünyada ABŞ daha güclü qütbə sahib çıxmaq məqsədi güdür və bu istiqamətdə də addımlar atır. ABŞ hazırda istər İran, istər İraq, istərsə də digər ölkələrlə bağlı yanaşmasında çalışır ki, hər şeyi öz nəzarəti altına ala bilsin və ciddi qütbə çevrilsin. İran isə buna ciddi müqavimət göstərir, amma sona qədər göstərəcəyi inandırıcı deyil.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05