Dollar avro səviyyəsinədək bahalaşa bilər

media-hightechnic-468x90

 

Dollar avro səviyyəsinədək yüksələ bilər. “APA-Economics” xəbər verir ki, belə bir proqnozla “Goldman Sachs” investisiya bankının iqtisadçısı Yan Xatsius çıxış edib.

Y. Xatsius hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bu il faiz dərəcələrini üç dəfə – iyun, sentyabr və dekabrda artıra bilər. Bundan sonra isə FED-in faiz dərəcələri Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrindən əhəmiyyətli dərəcədə yüksək olacaq: “Burada əsas stimul valyutanın dəyəri deyil, faiz dərəcələri arasında real fərqdir”.

Y. Xatsius bildirib ki, 2019-cu ilə qədər AMB-nin faiz dərəcələrinin artması gözlənilmir.

Yenicag.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600