“0.78 manatla dollar krediti götürən vətəndaşlara 0.62 manat güzəşt etmək mümkündür”.
Yenicag.az xəbər verir ki, bu sözləri ölkə.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, dollar kreditlərinə güzəştin qəbul edilib-edilməyəcəyini söyləmək çətindir. Çünki, dollar kreditlərinə güzəşt olunacağı rəsmi qərardır və rəsmi dövlət qurumları tərəfindən verilir. Biz, xarici valyutada olan kreditlərə güzəştin edilməsinin tərəfdarıyıq. Hesab edirik ki, xarici valyutada olan kreditlərə güzəştin verilməyəci halda problemli kreditlər məsələsini həll etmək də mümkün olmayacaq. Biz, 3 tərəfli güzəşt mexanizmi təklif edirik ki, fərq 3 tərəf (müştəri bank və dövlət) arasında bölüşdürülsün. Üç tərəfli mexanizmin üstünlüyü ondan ibarətdir ki, fərq ciddi şəkildə azalır və bu heç bir tərəf üçün ağırlıq yaratmır. Müştəri fərqin 3/1 –ni ödəyir və digər 3/2 –ni isə kommersiya bankı və dövlət ödəyir. Bu, müştəri və bank üçün də ciddi ağırlıq yaratmır və dövlət üçün də ciddi maliyyə yükü tələb etmir. Çünki, dövlət fərqin 3/1 –ni ödəyir. Manatın ABŞ dollarına olan məzənnəsinin 1.70 olduğunu nəzərə alsaq, 0.78 qəpiklə götürülən dollar kreditinin mövcud məzənnə ilə fərqi 92 qəpikdir. Əgər 3 tərəfli güzəşt mexanizmi tərtib olunarsa, o zaman müştəri dollar kreditini 1.70 manat əvəzinə 1.08 manat (3/1) məzənnəsilə ödəyəcək. Bu halda vətəndaş 62 qəpik güzəşt əldə edir ki, bu da mövcud vəziyyətdə ən gözəl təklifdir. Yəni, bizim təfkil etdiyimiz 3 tərəfli güzəşt mexanizmi Rusiya daxil olmaqla bir neçə avropa ölkələrində var.
“Dollar kreditlərinə güzəştlər tətbiq olunmasa, problemli kreditlər məsələsi həll olunmasa nəinki vətəndaşın ödəmə qabiliyyəti həm də bankların sağlamlaşdırılması baxımından problemlər davam edəcək. Ya dövlət bizim qeyd etdiyimiz kimi güzəşt mexanizmi tətbiq etməli ya da ABŞ –da olduğu kimi ayda bir dəfə böhranın qəbul etməklə həmin o problemli kreditləri səhmləşdirərək qiymətli kağızlar bazarına çıxarmaq mümkündür”-deyə V.Bayramlı qeyd edib.
Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) güzəştlərin tətbiq edilməsi istiqamətində mexanika hazırlayaraq tətbiq etməlidir.
www.yenicag.az