Donald Trampın GEOPOLİTİK YÜKSƏLİŞİ: "Buna görə Trampa "Nobel" sülh mükafatı vermək olar"

media-hightechnic-468x90

“HƏMAS-la İsrail arasında atəşkəsin elan olunmasında təkcə ABŞ-nin yox, həm də Türkiyə, Misir və Qətərin rolu var. Məhz onların sayəsində proses müsbət sonluqla yekunlaşdı”.

media-27-1754563992

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp bir çox ölkələr arasında vasitəçi rolunu oynayıb:

“Qeyd etmək lazımdır ki, Qəzzada müharibəni ABŞ başlatmışdı və sözügedən ölkə də bitirdi. Donald Tramp Azərbaycan-Ermənistan arasında da vasitəçilik edib. Həmçinin o, Hindistan-Pakistan, Tailand-Kamboca arasında atəşkəsə nail olub. Yalnız Rusiya-Ukrayna müharibəsini sonlandıra bilmədi. Bu, geopolitik qarşıdurmadır. Burada Rusiya qalib gələrsə, ABŞ fövqəldövlət statusunu Kremlə vermək məcburiyyətində qalacaq. Onu da əlavə edim ki, bu müharibə danışıqlar yolu ilə başa çatmayacaq. Rusiya Ukraynaya hücum etdi və dolayısı ilə Qərbə qarşı müharibə aparır. Düşünürəm ki, müttəfiqlər Kiyevə silah dəstəyi verməli və yalnız bununla Rusiyanı dayandıra bilərlər. Ümumilikdə isə Qəzza və digər addımlara görə Donald Trampa “Nobel” sülh mükafatını vermək olar”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa