Donuz qripi Rusiyanı cənginə aldı

media-hightechnic-468x90

3789xxzRusiyada donuz qripin virusu yayılmaya başlayıb.

Yenicag.az xəbər verir ki, ölkənin Lermontov şəhərində “H1 N1” virusundan bir nəfər dünyasını dəyişib.

Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada ölən şəxsin sürücü olduğu, ailə üzvlərinin də bu virusa yoluxduqları bildirilib.

Nazirlik ölən şəxsin həyat yoldaşı və 3 övladının xəstəxanaya yerləşdirildiyini qeyd edib. Məlumata görə, ölkə ərazisində “H1 N1”virusu ilə bağlı 200-ə yaxın orta məktəb bağlanıb. Virusun ən çox yayıldığı bölgələr Tomsk, Kaluqa, Vladivastok, Kirov, Şimali Osetiya və Volqoqrad şəhərləri olduğu bildirilib.

Qeyd edək ki, Rusiyanın Şimali Osetiya ərazisində 5 nəfər, Yekaterinburq şəhərində isə 1 nəfər virusdan dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600