Venesuelada prezident seçkilərindən sonra başlayan iğtişaşlar zamanı saxlanılanların sayı 1,2 min nəfəri keçib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiyasının məlumatında deyilir.
Məlumata görə, nəzarətə alınan fəallar ABŞ, Peru, Çili və Kolumbiyada xüsusi təlim keçiblər. Hakimiyyət onları “küçələrdə terror və zorakılıq törətməkdə” ittiham edir.
Ölkə prezidenti Nikolas Maduronun sözlərinə görə, ABŞ-dan ölkəyə gələn venesuelalıların 80 faizi cinayətkar fəaliyyətlə məşğul olub.
Bolivar Respublikasının baş prokuroru Tarek Vilyam Saabın sözlərinə görə, etirazlar zamanı 77 təhlükəsizlik qüvvəsi yaralanıb.
İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib.
Venesuela Milli Seçki Şurası hazırkı dövlət başçısı Nikolas Maduronun 51,2 faiz səslə üçüncü altı illik müddətə yenidən seçildiyini açıqlayıb.
Müxalifət seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir.
Seçkilərin nəticələrinə etiraz edənlərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda biri hərbçi olmaqla 17 nəfər həlak olub.
İsmayıl Bakuvi
www.yenicag.az