Dostluq maskası cırıldı: "Prezidentin başsağlığına dronla cavab verən rejimin SONU GƏLİB"

media-hightechnic-468x90

“İran adlı dövlət tarixin arxivinə gömülməli, yerində 7 müstəqil dövlət qurulmalıdır”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

media-29620143-96c9-40fc-87a8-a09dc6e8a391

Şərhçi İranın Azərbaycan ərazisinə son dron hücumunu rejimin özü üçün “intihar cəhdi” adlandırıb:

“İranın Azərbaycana qarşı təxribatı intihar cəhdidir. İran onsuz da ağır vəziyyətdədir; İsrail və ABŞ-nin hücumlarına cavab verəcək gücü qalmayıb. Belə bir şəraitdə Azərbaycan Respublikası İrana dost əlini uzatdı. Prezident İlham Əliyev dünya liderləri arasında azsaylı rəhbərlərdən biri kimi Bakıdakı səfirliyə gedərək Xameneyinin vəfatı ilə bağlı başsağlığı verdi. İran isə bunu düzgün qiymətləndirməli idi. Tehran anlamalı idi ki, Azərbaycan bu çətin məqamda onları tək qoymaq istəmir. Lakin bunun cavabı Azərbaycan ərazisinə dronlarla hücum etmək oldu. Bu, İranın intihara cəhd etdiyini göstərir; artıq bu rejimin sonu gəlib. Əgər ən yaxın qonşusuna bu cür xəyanət edirsə, bu dövlətin yaşamaq haqqı yoxdur. Bundan sonra ‘İran’ adlı dövlət tarixin arxivinə gömülməli, onun yerində yeni müstəqil dövlətlər qurulmalıdır. Biz illərdir bunu deyirik: İran ərazisində 7 yeni müstəqil dövlətin qurulması astanasındayıq. İran bu cür addımlarla öz ömrünü qısaltmağa çalışır.”

A. Həsrət Azərbaycan və Türkiyənin təxribatlara qarşı birgə hərbi addımlar atmalı olduğunu diqqətə çatdırıb:

“Azərbaycan da daxil olmaqla, Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrin rəhbərlərinin təcili zirvə görüşü keçirilməli və bu məsələ müzakirə olunmalıdır. Digər tərəfdən, qardaş Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq anlaşmasına uyğun olaraq birgə müdafiə tədbirləri təşkil etməlidir. Qarabağ müharibəsindən sonra da dəfələrlə bu çağırışı etmişəm: Türkiyənin Hərbi Hava Qüvvələri Azərbaycan Respublikasının ərazisində yerləşdirilməlidir. Bu qüvvələr həm cənub sərhədimiz boyunca, həm də şimal istiqamətində yer almalıdır. İranın bu təxribatını Rusiyanın təkrar etməyəcəyinə heç bir təminat yoxdur. Aydındır ki, Rusiya və İran həmişə həmahəng hərəkət edir; bu dəfə də Rusiyanın eyni addımı atmayacağına heç kim zəmanət verə bilməz.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05