!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlət Baxçalının da məhz indi Ərdoğanla birlikdə Azərbaycana gəlməsi...” – Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Azərbaycanla Türkiyənin bir-birindən ayıraraq, təkləməyə çalışan qüvvələrin cavabı verilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şuşada inşa ediləcək məktəb binası ətrafında yaranan məlum anlaşılmazlıq fonunda Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının da iyunun 14-16-da Azərbaycana səfəri planlaşdırılan prezident Rəcəb Tayyib Ərdoğanın heyətində yer alıb-almayacağını dəyərləndirən Demokrat Partiyasınnın (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Baxçalının da Türkiyə prezidenti ilə birlikdə Azərbaycana gəlməsi çox müsbət hal olardı:

“Ərdoğanın Azərbaycana səfəri ilə bağlı yayılan bəzi məlumatlarda Baxçalının da heyətdə yer alacağı qeyd edilir. O baxımdan, belə düşünürəm ki, Dövlət Baxçalının da məhz indi Ərdoğanla birlikdə Azərbaycana gəlməsi çox müsbət hal olardı.

Ümumiyyətlə, diqqət edirsinizsə, son vaxtlar Azərbaycanla Türkiyənin arasını vurmağa, ikitərəfli münasibətləri korlamağa və nəticədə qardaş ölkələri ayıraraq təkləməyə çalışan qüvvələr çox fəallaşıblar.

Eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsini istəyən qüvvələr də ayaqdadırlar və pozucu qüvvələrin cavabını vermək gücündədirlər. İnanıram ki, o pozucu qüvvələrin cəhdləri heç bir nəticə verməyəcək”.

A.Zeynalov

www.yenicag.az

874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv