Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi həbs olundu

media-hightechnic-468x90

74a6607a245544c06d4bd7b3ebdb950cSəbayel Rayon Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun apa-ya verdiyi məlumata görə, R. Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır. E. Behbudov R. Məmmədovun dövlət tərəfindən vəkillə təmin olunduğunu və hazırda istintaq aparıldığını deyib.

Qeyd edək ki, R. Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600