!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub

!Reklam – Yazi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən  Yenicag.Az-a  verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlakları paytaxt və regionlarda yerləşir. Hərrac qurumun İnformasiya Texnologiyaları Mərkəzində baş tutub.

Hərraca çıxarılmış kiçik dövlət müəssisələri və obyektləri həm Bakı, həm regionlarda, qeyri-yaşayış sahələrinin əksəriyyəti isə paytaxt rayonlarında yerləşir. Paytaxtda yerləşən obyektlər sırasında 86.4 kv.m. torpaq sahəsi və 66.8 kv.m. ümumi faydalı sahəsi olan bir mərtəbəli ayrı tikili, Nərimanov rayonundakı 29.5 kv.m., 84 kv.m. və 75 kv.m. sahəyə malik qeyri-yaşayış obyektləri var.

Hərracda Nərimanov və Binəqədi rayonlarında yerləşən qeyri-yaşayış obyektləri özəlləşdirilib. Belə əmlaklar sırasında ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Nərimanov rayonundakı 5 mərtəbəli binanın qeyri-yaşayış sahəsi olub.

Hərrac zamanı qalib olmuş şəxslər hərrac protokolunu imzalayıb. Xatırladaq ki, hərracda özəlləşdirilmiş əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin alınması da hazırda tez və rahat şəkildə həllini tapır. Belə ki, həmin əmlaklara dair qısa müddətdə hazır çıxarışlar təqdim olunur.

Hərracda iştirak proseduru da sadədir. Belə ki, iki sənədin – şəxsiyyət vəsiqəsi və behin ödənilməsini sübut edən sənədin təqdim edilməsi kifayət edir. Bütün bunlar isə elektron qaydada komitənin özəlləşdirmə portalı üzərindən icra olunur.

Hərracda qalib olmuş fiziki və hüquqi şəxslərlə aparılmış sorğu onu göstərir ki, qaliblərin əksəriyyəti belə daşınmaz əmlakları biznes məqsədlərinə yönəldir. Belə əmlaklar qanunla icazə verilmiş müxtəlif növ gəlir mənbələrinə çevrilir. Yaxud da əmlak sahibi hərracda əldə etdiyi qeyri-yaşayış sahəsini və ya obyekti gələcəkdə icarəyə verməklə gəlir qazana bilir. Bəzən hərracda müxtəlif növ yük maşınları da özəlləşdirilir ki, belə nəqliyyat vasitələri də sonradan gəlir əldə etmək üçün müxtəlif fəaliyyətlərdə istifadə olunur.

Bütün bunlar onu deməyə əsas verir ki, belə əmlaklar sahibkarlıq fəaliyyəti baxımından fiziki və ya hüquqi şəxslər üçün kifayət qədər faydalıdır. Bu isə öz növbəsində belə hərraclara olan marağı artırır.

Yenicag.Az

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv