Dövlət komitəsinə yeni aparat rəhbəri təyin olundu

media-hightechnic-468x90

Arif-EsrefovStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

Məlumata görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmrinə əsasən bu vəzifəyə Arif Əşrəfov gətirilib. A. Əşrəfov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilən Elçin Quliyevi əvəz edib. “Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən E. Quliyevin fəaliyyətinə xitam verilib.

Maraqlıdır ki, A. Əşrəfov IV çağırış Milli Məclisin deputatı olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı faktı təsdiqləyib.(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600