Dövlət Mülki Aviasiya Agentliyi “İnzibati orqanların Təsnifatı”ndan çıxarıldı
Nazirlər Kabineti 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi təsnifatdan çıxarılıb.