Dövlət Neft Fondunun Çinə qoyduğu milyardlar batır?

media-hightechnic-468x90

sofar_logo_070414Natiq Cəfərli: “Çin iqtisadiyyatının problemli dövrə qədəm qoyduğu bir şəraitdə onun iqtisadiyyatına yatırım etmək anlaşılan və məntiqli deyil”

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb. Bu haqda Caspian Barrel-ə ARDNF-dən məlumat veriblər. Məsələ ondadır ki, hazırda Çində 20 faiz ucuzlaşma var. Fond birjaları çöküb. Belə olan halda Azərbaycan Çinə investisiya qoymağa davam etməlidir?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında hazırkı şəraitdə Çinə investisiya qoymağın doğru olmadığını dedi: “Cin bazarı bir neçə il bundan öncəyə qədər investorlar üçün daha cazibədar idi. Məhz həmin zamanlarda Dövlət Neft Fondu Çin bazarı ilə maraqlansa, bu ölkənin qiymətli kağız bazarına və milli valyutasına yatırımlar etsəydi, bu anlaşılan olardı. Son bir ildə isə Çin bazarında aktivlər həddən artıq dəyər qazanıb, şişib.

Təəssüf ki, DNF bütün bunları nəzərdən qaçırıb.

Çin iqtisadiyyatının ən problemli dövrə qədəm qoyduğu bir şəraitdə bu ölkə iqtisadiyyatına yatırım etməsi anlaşılan və məntiqli deyil. Çində son 1 ildə fond bazarı iki dəfəyə qədər artıb ki, bu da real yox, dövlət dəstəyi hesabına olan süni artım idi. Bundan başqa, yuanın məzənnəsi də süni şəkildə hazırkı səviyyədə saxlanılır. Bütün bunlar da artıq problemlər yaşatmağa başlayıb. Son 3 həftdə Çin səhm bazarı 30 faizə yaxın dəyər itirib. Yuanın məzənnəsinin oynaması və problemlərin yaşanacağı da gözlənilir. Bu fonda təəssüf ki, DNF keçmişdə buraxdığı səhvlərdən də nəticə çıxarmayıb. 2 il öncə DNF yatırımların 5 faizini rus rublu və türk lirəsində saxlamağa qərar verdi. Son il yarımda isə dünyada ən çox dəyər itirən valyutadan ikisi məhz rublla, türk lirəsidir. Yəni burada da DNF zərərə düşdü. Bunlardan dəsr çıxarmadan Çin bazarına indiki halda yönəlmək də anlaşılan deyil. Neft Fondunda qərar verən insanlar görünür dünyada gedən proseslərlə yaxından maraqlanmır, ciddi nəşrlərin verdiyi proqnozlarla tanış olmurlar. Belə qərarlar isə sonda həm DNF, həm də dövlərə zərər verir”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600